AZ

Britaniya Ukraynaya yardım fondu üçün 1,3 milyard dollardan çox pul toplayıb

Böyük Britaniya tərəfindən yaradılmış Ukraynaya Beynəlxalq Yardım Fonduna 1 milyard funt sterlinqdən (1,3 milyard dollar) çox vəsait qoyulub. 

HİT.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Sentyabrın 3-də Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovun Londona səfəri zamanı bu fonddan 300 milyon funt-sterlinq (395 milyon dollar) 152 mm-lik mərmi üçün 120 min mərmi ayrılması haqqında müqavilə imzalanıb. 

Böyük Britaniyadan başqa, Avstraliya, İslandiya, Danimarka, Litva, Yeni Zelandiya, Niderland, İsveç və Norveç də 2022-ci ildə fəaliyyətə başlayan fonda töhfə verib.

Böyük Britaniyanın müdafiə naziri Con Hili də ukraynalı həmkarı ilə görüşdə Londonun hər il Kiyevə ikitərəfli əsasda 3 milyard funt sterlinq (3,9 milyard dollar) məbləğində yardım edəcəyini təsdiqləyib.

Avqustun 14-də Ukraynanın Böyük Britaniya ilə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və yüz illik tərəfdaşlıq haqqında danışıqlara rəsmi şəkildə başladığı bildirilib.

Tərəflər danışıqların birinci mərhələsini keçirib, Kiyevdən gələn nümayəndə heyətinə Andrey Ermak başçılıq edib. Onun sözlərinə görə, Böyük Britaniya Kiyevlə təhlükəsizlik zəmanəti haqqında saziş imzalayan ilk ölkə olub və hazırda yüz illik tərəfdaşlıq haqqında tarixi saziş üzərində işləyir.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
2
hit.az

10Mənbələr