AZ

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar – FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.

AZƏRTAC xəbər verir ki, “Sevgi bağında” adlı sərgidə Özbəkistanın Xalq rəssamı Akmal Nurun son illərdə çəkdiyi əsərlər nümayiş olunur.

Xalq rəssamı Akmal Nur sərgidə yer alan əsərləri barədə məlumat verdi. Bildirdi ki, əsərlərdə ana sevgisi və kənd həyatının motivləri, ailə və ən əsası Tanrının insana bəxş etdiyi talelər canlandırılıb.

Sonra birinci xanımlar və qızları naxışçı Mədinə Kasımbayevanın kolleksiyası ilə tanış oldular. Hər bir məmulat ənənəvi özbək naxışvurmasının müxtəlif texnikalarından istifadə olunmaqla əllə yerinə yetirilib.

Qeyd olunub ki, “Süzane” naxışının vurulmasında pambıqdan və ipəkdən yalnız evdə hazırlanmış materiallardan istifadə olunur. Saplar əllə boyanır, sonra dağ kvarsı və duz əlavə olunmaqla qaynadılır ki, bu da saplarda boyanın uzunmüddətli qalmasından ötrüdür.

Birinci xanım Mehriban Əliyevaya Özbəkistan mədəniyyətinin təbliğ olunduğu xatirə hədiyyələri təqdim edildi.

DOĞRU.AZ

image-17244274111183338309_1200x630 image-17244274112150614377_1200x630 image-1724427411644236112_1200x630 image-1724427411398446524_1200x630 image-17244274113450044385_1200x630 image-1724427411335102154_1200x630 image-172442741193816546_1200x630 image-1724427411565718470_1200x630 image-17244274115872253307_1200x630 image-17244274112288664581_1200x630 image-1724427411926539130_1200x630 image-17244274112567943230_1200x630 image-17244274116476113731_1200x630 image-17244274111019655379_1200x630 image-1724427411933961489_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
14
dogru.az

10Mənbələr