AZ

"Səbail" "Kəpəz"ə qarşı - heyətlər

Bu gün Premyer Liqada IV tura start verilir. Sport24.az xəbər verir ki, həftənin ilk qarşılaşması "ASCO Arena"da baş tutacaq.
 
"Səbail" "doğma divarlar" arasında "Kəpəz"i qəbul edir. Hər iki komanda mövsümə heç də yaxşı başlamayıb. 3 turdan sonra "dənizçilər"in hesabında 1 xal varsa da, "sarı-göylər" ümumiyyətlə xala həsrətdi. Elə bu səbəbdəndi ki, hər iki komanda turnir cədvəlinin zirzəmisində qərarlaşıb.
 
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
 
Azərbaycan Premyer Liqası
I dövrə, IV tur
19:00. "Səbail" - "Kəpəz"
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin BayramovVAR: Rauf CabarovAVAR: Rəhman İmamiHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Zaur Hacı-MəhərrəmovBakı. "ASCO Arena"
"Səbail": 1. Hüseynəli Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 5. Gitay Sofir, 21. Ayman Bouali, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 10. Qomis David, 6. Cabir Əmirli, 7. Madi Queta, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov
"Kəpəz": 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 78. Yeqor Kvalko (k), 8. Elmir Tağıyev, 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 88. Keverton Markolino, 77. Viktor Braqa, 17. Ümid Səmədov
 Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 28. Redon Mihana, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
9
sport24.az

10Mənbələr