AZ

Premyer Liqa: “Səbail” “Kəpəz”i 4 cavabsız qolla məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Səbail” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. Mövsümə uğursuz başlamış bu iki komanda ilk qələbəsini rəsmiləşdirmək arzusundaydı. Üç oyuna cəmi bir heç-heçəsi olan “Səbail” 10 iştirakçı arasında 9-cu sırada qərarlaşmışdı. Hər üç oyunundan məğlubiyyətlə ayrılmış “Kəpəz” isə həm xal, həm də qol hesabını açmağı hədəfləmişdi.

“Səbail”lə “Kəpəz” daha öncə çempionatda 12 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda “dənizçilər” 6, gəncəlilər 3 qələbə qazanmışdılar. Qalan 3 oyun bərabərliklə yekunlaşmışdı. “Səbail” son 4 matçda bu rəqibinə uduzmamışdı. “Kəpəz” isə səfərdə heç vaxt qələbə qazanmamışdı.

Bu dəfə də belə olub. “Səbail” çempionatın aşkar autsayderini 4 cavabsız qolla məğlub edərək yeni mövsümdə ilk qələbəsini rəsmiləşdirib. “Kəpəz”in isə nəinki ilk qələbə, hətta xal və qol həsrəti də davam edir.

Premyer Liqa
4-cü tur

23 avqust

“Səbail” – “Kəpəz” 4:0
Qollar: Fərid Nəbiyev, 12. Gitay Sofir, 34. Ayman Buali, 49. Süleyman Alluş, 54.
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”.

Səbail: 1. Hüseynəli Quliyev, 8. Qorka Larruçea, 44. Amir Bilali, 3. Dmitri Litvin, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 5. Gitay Sofir, 21. Ayman Buali, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 10. Qomis David, 6. Cabir Əmirli, 7. Madi Keta, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov.
Baş məşqçi: Şahin Diniyev.

Kəpəz: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 78. Yeqor Kvalko (k), 8. Elmir Tağıyev, 10. Karim Lkuça, 19. Lassana Ndiaye, 88. Keverton Markolino, 77. Viktor Braqa, 17. Ümid Səmədov.
Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 28. Redon Mihana, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci.
Baş məşqçi: Adil Şükürov.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
arena.az

10Mənbələr