AZ

“RUSİYA ƏN AĞIR DÖVRÜNÜ YAŞAYIR” – “Putin nə qədər sakit görünməyə çalışsa da...”

“Rusiyanın Volqoqrad vilayətində məhbus olan İŞİD üzvlərinin həbsxana işçilərinin bir qismini öldürməsi, digərlərini girov götürməsi qonşu ölkədə hökm sürən ağır vəziyyətə işarədir”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sözgedən hadisələri şərh edərkən deyib.

“Həmin Volqoqrad səmasında Ukraynaya məxsus pilotsuz uçuş aparatları hökmranlıq edir, hərbi hava limanına zərbələr endirib, Rostovda yanacaq anbarındakı alovu günlərdir söndürə bilmirlər”, - o, əlavə edib.

Ekspert vurğulayır ki, Rusiya Prezidenti Vladimir Putin Kursk ətrafındakı vəziyyətlə bağlı son onlayn iclasında nə qədər sakit görünməyə çalışsa da, ölkənin xaosa dorğu sürükləndiyini gizlətmək getdikcə çətinləşir.

“Rusiya şəhərlərinin ələ keçirilməsi, bombalanması, hava sahəsində pilotsuz uçuş aparatlarının uçması və zərbələr endirilməsi, yanğınlar, gəmilərinin batırılması, itkilərin sayının artması, o cümlədən həbsxanalarda qiyamlar adiləşir. SSRİ dağıldıqdan sonra Rusiya ən ağır dövrünü yaşayır”, - E.Şahinoğlu qeyd edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
3
azpolitika.info

5Mənbələr