AZ

“SSRİ dağıldıqdan sonra Rusiya ən ağır dövrünü yaşayır” – Ekspert

“Rusiyanın Volqoqrad vilayətində məhbus olan İŞİD üzvlərinin həbsxana işçilərinin bir qismini öldürməsi, digərlərini girov götürməsi qonşu ölkədə hökm sürən ağır vəziyyətə işarədir”.

KONKRET.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkə hesabında qeyd edib.

Ekspert yazıb ki, Rusiya Rostovda yanacaq anbarındakı alovu günlərdir söndürə bilmir:

“Prezidenti Vladimir Putin Kursk ətrafındakı vəziyyətlə bağlı son onlayn iclasında nə qədər sakit görünməyə çalışsa da, ölkənin xaosa doğru sürükləndiyini gizlətmək getdikcə çətinləşir. Rusiya şəhərlərinin ələ keçirilməsi, bombalanması, hava sahəsində pilotsuz uçuş aparatlarının uçması və zərbələr endirilməsi, yanğınlar, gəmilərinin batırılması, itkilərin sayının çoxalması, o cümlədən həbsxanalarda qiyamlar adiləşir. SSRİ dağıldıqdan sonra Rusiya ən ağır dövrünü yaşayır”.

Xəlil,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
konkret.az

5Mənbələr