AZ

Çempionlar Liqası: "Araz-Naxçıvan" rəqibinə divan tutdu

Bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki,  B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşıb.

İsveçin Uddevalla şəhərində keçirilən oyun təmsilçimizin 7:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk oyunda Şimali İrlandiyanın  “Sparta Belfast” klubuna  7:1 hesabı ilə qalib gəlib.  Vitali Borisovun baş məşqçisi olduğu komanda avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. 

Əlavə edək ki, yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

22 avqust

 "Araz-Naxçıvan" -  “Sillamae Silla” - 7:0

Qollar: Amadeu, 4:54, Yaniç, 12:01, Kadinho, 15:54, 25:54, K. Manafov, 24:39, Ü. Əliyev, 32:32, X. Ağalızadə, 34:03

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
fanat.az

10Mənbələr