AZ

"Araz-Naxçıvan" bu gün sonuncu sınağına çıxır - Çempionlar Liqası

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu bu gün turnirin ilkin mərhələsində sonuncu matçını keçirəcək.   Manset.az xəbər verir ki, B qrupunda yer alan komanda İsveçin "Uddevalla" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Vitalo Borisovun baş məşqçisi olduğu klub ilk qarşılaşmada Şimali İrlandiya təmsilçisi "Sparta Belfast"a 7:1, Estoniya çempionu "Sillamae Silla"ya isə 7:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
9
manset.az

10Mənbələr