AZ

“Araz-Naxçıvan” Estoniya çempionuna da 7 qolla qalib gəldi

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün ikinci oyununu keçirib.

Arena.az xəbər verir ki, ilk matçda “Sparta Belfast”ı 7:1 hesabı ilə yenən təmsilçimiz bu dəfə Estoniya çempionu “Sillamae Silla”yla qarşılaşıb.

Rəqib ilk matçda İsveç “Uddevalla”sına 3:10 hesabı ilə yenilmişdi. “Qırmızı-ağlar” ilk oyunla müqayisədə bu dəfə meydana tam heyətlə çıxmışdı. Belə ki, qırmızı vərəqə cəzasını başa vuran Lazar Milosavlyeviç bu gün meydana çıxmaq şansı qazanmışdı. Baş məşqçi Vitali Borisov da “5-lik”də dəyişiklik etmişdi.

Hesabı 5-ci dəqiqədə Amadeu açıb. 9-cu dəqiqədə rəqib bərabərlik qolunu vurmaq şansını qaçırıb. Pfeninq penlti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 13-cü dəqiqədə “qırmızı-ağlar” fərqi artırıb. Bu dəfə Yaniç rəqib torunu silkələyib. Kadinyo isə 3-cü qolun müəllifi olub.
İkinci hissədə ilk qol Manafovun ayağına yazılıb. Növbəti qolun ötürməsini edən Manafov Kadinyonun dubl etməsinə imkan yaradıb. 33-cü dəqiqədə Ülvi Əliyev də qol vuranlar sırasına qoşulub.

Azərbaycan çempionu qrupda son oyununu İsveçin “Uddevalla” komandasına qarşı keçirəcək. Əsas mərhələyə ancaq qrup lideri vəsiqə qazanır.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, H qrupu
22 avqust

“Sillamae Silla” – “Araz-Naxçıvan” 0:7
Qollar: Amadeu, 4:54. Yaniç, 12:01. Kadinyo, 15:54; 25:54. Manafov, 24:39. Əliyev, 32:32. Ağalızadə, 34:03.
Hakimlər: Daniel Stauber, Trayan Ençev, Pavel Tokareviç (Polşa).
“Aqneberqşallen Arena”. Saat 18:00.

Sillamae Silla: 12. Azuaje, 7. Salas, 10. Perez, 13. Qussev, 77. Maşinistov (k), 90. Taar, 3. Qonçarov, 8. Manni, 9. Anton Pfeninq, 17. Tsoqankov, 22. Bazkov, 23. Kuropyatnik, 57. Dikopavlenko, 99. Şmigelski.
Baş məşqçi: Artyom Maşinist.

Araz-Naxçıvan: 1. Emin Kürdov (k), 9. Emil Həsənzadə, 11. Yaqo Henrike, 17. Kadinyo, 20. Amadeu, 12. Kamran Hacıyev, 19. Vladislav Reznov), 5. Lazar Milosavlyeviç, 6. Kayke, 7. Aleksandar Yaniç, 8. Covanni Valerio, 10. Kənan Manafov, 14. Xəzər Ağalızadə, 18. Ülvi Əliyev.
Baş məşqçi: Vitali Borisov.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
arena.az

4Mənbələr