AZ

Naxçıvan klubu Estoniya çempionuna da 7 qol vurdu

“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, ilk matçda “Sparta Belfast”ı 7:1 hesabı ilə yenən təmsilçimiz bu dəfə Estoniya çempionu “Sillamae Silla”yla qarşılaşıb.

Rəqib isə ilk matçda İsveç “Uddevalla”sına 3:10 hesabı ilə yenilib.

“Qırmızı-ağlar” ilk oyunla müqayisədə bu dəfə meydana tam heyətlə çıxmışdı. Belə ki, qırmızı vərəqə cəzasını başa vuran Lazar Milosavljeviç meydana çıxmaq şansı qazanmışdı.

Baş məşqçi Vitali Borisov da “5-lik”də dəyişiklik etmişdi. Hesabı 5-ci dəqiqədə Amadeu açıb. 9-cu dəqiqədə rəqib bərabərlik qolunu vurmaq şansını qaçırıb.

Pfeninq penlti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 13-cü dəqiqədə “qırmızı-ağlar” fərqi artırıb. Bu dəfə Yaniç rəqib torunu silkələyib.

Kadinho isə 3-cü qolun müəllifi olub. İkinci hissədə ilk qol Manafovun ayağına yazıldı. Növbəti qolun ötürməsini edən Manafov Kadinhonun dubl etməsinə imkan yaradıb.

33-cü dəqiqədə Ülvi Əliyev də qol vuranlar sırasına qoşuldu. Komandamız qrupda son oyununu İsveçin “Uddevalla” komandasına qarşı keçirəcək.

Əsas mərhələyə ancaq qrup lideri vəsiqə qazanır.

“Sillamae Silla” (Estoniya) – “Araz – Naxçıvan” (0:3) 0:7

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
2
sportinfo.az

4Mənbələr