AZ

"Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti matçını keçirəcək

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu bu gün turnirin ilkin mərhələsində növbəti matçını keçirəcək. SİA xəbər verir ki, B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşacaq.

İsveçin Uddevalla şəhərində gerçəkləşəcək görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da səsləndiriləcək.

Qeyd edək ki, ilk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
9
sia.az

10Mənbələr