AZ

Avtobus zolağında sərnişin düşürə bilməyən taksi sürücüləri NARAZIDIR – Aidiyyəti qurum NƏ DEYİR?VİDEO

Sosial şəbəkələrdə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində çəkilən avtobus zolağı ilə bağlı görüntülər yayılıb.

Xezerxeber.az-ın xəbərinə görə, videonu çəkən şəxs bildirir ki, taksi sürücüləri avtobus zolağına daxil ola bilmədiyindən sərnişini yolun hərəkət hissəsində düşürməyə məcbur qalırlar.

Elə digər taksi sürücüləri də bundan narazılıq edir.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, avtobus xətləri çəkilərlən, bu kimi məqamlar nəzərə alınmalıdır. Zolağın hansı hissələrində giriş-çıxış xətlərinin çəkilməsi isə yüksək dəqiqiliklə hesablanmalıdır. Bundan əlavə taksilərlə bağlı yol hərəkəti haqqında qanuna dəyişiklik edilə bilər.

Məsələ ilə əlaqədar Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sərnişin daşımalarının böyük hissəsi avtobuslarla həyata keçirildiyindən, avtobuslar üçün xüsusi zolaq ayırdıqda, yolun buraxılış qabiliyyəti dəfələrlə artır.

Qurumdan o da bildirilib ki, taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi hazırda müzakirə olunmur. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və  əlavə olaraq 2 balla qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
xezerxeber.az

10Mənbələr