AZ

Bakıda avtobus zolağı və parkinq dilemması - VİDEO

Bir müddət əvvəl avtobus zolaqlarının salınması həm ictimai nəqliyyat vasitələrinin sürücülərini, həm də sərnişinləri çox sevindirdi. Lakin şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər üçün bu hal heç də sevindirici olmadı. Çünki, əvvəldən də mövcud olan parkinq problemi daha da artıb. Maşının saxlamaq üçün evinin qarşısında belə yer tapa bilməyənlər üçün isə vəziyyət daha çətinləşib.

 

Modern.az-ın məlumatına görə, bu barədə İTV-nin hazırladığı süjetdə bildirilib.

 

Parkinqlə bağlı ən əsas problem paytaxtda son olaraq avtobus zolağının çəkildiyi yollardan biri olan Abbas Mirzə Şərifzadə küçəsində yaranıb.

 

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, ərazidə çoxlu avtobus marşrutları yoxdursa və ya avtobuslar instensiv sıx qrafiklə hərəkət etmirlərsə, avtobus zolağı salmağa ehtiyac yoxdur:

 

“Avtobus, velosiped zolağı yaratmaqla hər şeyi həll etmək mümkün deyil. Eyni zamanda ictimai nəqliyyatda xidmətin keyfiyyəti artırılmalıdır. Avtobus zolağı boş qalmamalıdır. Boş qaldısa, həmişə konflikt olacaq”.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional idarəsinin müdiri Tural Səfərov isə bildirib ki, paytaxta yeni parkinq yerlərinin salnması planlaşdırılır.

 

Ətraflı aşağıdakı süjetdə:

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
29
modern.az

10Mənbələr