AZ

"Rusiya özünün nüvə doktrinasına yenidən baxacaq" - "The New York Times"

"Rusiya 4 min nüvə döyüş başlığına malikdir, ona görə də ABŞ-ın nüvə strategiyasını müəyyən edən əsas amildir..."
 
ABŞ prezidenti Co Bayden hələ mart ayında ölkənin nüvə strategiyasının son dərəcə məxfi planını təsdiq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" nəşri yazıb.
 
Sənəddə Rusiya, Çin və Şimali Koreya ilə "mümkün əlaqəli nüvə toqquşmasına" hazırlıq barədə sərəncam verilib.
 
Silahlar üzərində nəzarət üzrə Assosiasiyasının icraçı direktoru Deril Kimballın sözlərinə görə, Amerika kəşfiyyatı güman edir ki, Çin özünün  500 nüvə döyüş başlığını 2030-cu ilədək 1000-ə çatdıra bilər. Rusiya artıq təxminən 4 min nüvə döyüş başlığına malikdir, ona görə də "ABŞ-ın nüvə strategiyasını müəyyən edən əsas amildir".
 
Nəşr qeyd edir ki, əvvəllər Rusiya, Çin və Şimali Koreyanın mümkün nüvə münaqişəsində birləşməsi son dərəcə az ehtimal edilib. Lakin indi Moskva və Pekin arasında tərəfdaşlıq formalaşır, Şimali Koreya və İrandan Ukraynada müharibə üçün Rusiyaya adi silahlar tədarük edilir, bu da Vaşinqtonun fikrini kökündən dəyişib.
 
Bundan başqa, ABŞ kəşfiyyat xidmətləri Moskvanın Şimali Koreya və İrana Ukraynada müharibəyə dəstək əvəzinə nüvə proqramları ilə bağlı yardım göstərib-göstərməməsini aydınlaşdırmağa cəhd edir.
 
Nüvə strategiyasına yenidən baxılması barədə açıq şəkildə məlumat verilməyib, yalnız bu yaxınlarda Amerika administrasiyasının yüksək vəzifəli nümayəndələrinə buna dolayısı ilə toxunmağa icazə verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
moderator.az

10Mənbələr