AZ

“Morgan Stanley” neftin qiyməti ilə bağlı proqnozunu yenidən aşağı salıb

Qlobal artım narahatlıqları əmtəə bazarında aşağı istiqamətli təzyiqi artırsa da, Morgan Stanley yenidən Brent nefti ilə bağlı proqnozunu azaldıb. Agentliyin dördüncü rüb üçün Brent markalı neftin orta qiymət proqnozu 75 dollar olub.

Morgan Stanley Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını həftələr ərzində ikinci dəfə olaraq aşağı salıb. Buna səbən tələb çətinliklərinin artması və təklif çoxluğunun davam etməsidir.

Martijn Rats da daxil olmaqla analitiklərin qeydinə görə, Brent neftinin qiyməti dördüncü rübdə orta hesabla 75 dollar/barel olacaq. Morgan Stanley analitikləri daha əvvəl oktyabr və dekabr ayları arasında Brent markalı neft proqnozlarını 85 dollardan 80 dollara endiriblər. Gələn ilin böyük hissəsi üçün proqnozlar da bir qədər aşağı salınıb.

“Brent” markalı neft bu yaxınlarda 2021-ci ilin sonundan bəri ən aşağı səviyyəyə düşüb.  Səbəb isə Çinin zəif tələbi ilə bağlı davam edən narahatlıqların ABŞ iqtisadiyyatının yavaşlaya biləcəyinə dair siqnalların gəlməsi, o cümlədən OPEC-in hasilat məhdudiyyətlərini yumşaltmaq planını təxirə salmalı olması ilə qiymətlərdə mühüm rol oynaması olub.

Böyük qurumların neftlə bağlı neqativ hesabatları arasında Morgan Stanley-in son proqnozu öz yerini tutub. Goldman Sachs Group Inc. keçən ay öz yanaşmasını dəyişib. Bu yaxınlarda isə Citigroup Inc.neft bazarında həddən artıq tədarükün olduğunu və OPEC+ daha dərin azalma etməzsə, 2025-ci ildə qiymətlərin orta hesabla 60 dollar/barel ola biləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
5
fed.az

10Mənbələr