AZ

Ukrayna Rusiyanın paytaxtına pilotsuz uçan aparatla hücum edib

Yayımlandı: 21 Avqust 2024 20:12 Moskvaya 11 pilotsuz uçan aparat göndərilib Ukrayna avqustun 21-də Moskvaya ən azı 11 pilotsuz uçan aparatla hücum edib. Təyyarələrin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilir. “Reuters” yazır ki, Ukrayna dünyanın ikinci ən böyük neft ixracatçısı olan Rusiyanın neft emalı zavodları və aerodromlarına qarşı getdikcə daha çox zərərverici hücumlar edir. Moskvanın 21 milyondan çox əhalisi var. Bugünkü dron hücumu müharibə başlayandan Ukraynanın bu şəhərə olan nadir hücumlarındandır.Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin Rusiya ərazisi üzərində 11-i Moskva vilayəti, 23-ü sərhədyanı Bryansk rayonu, 6-sı Belqorod vilayəti, 3-ü Kaluqa vilayəti və ikisi Kursk vilayəti üzərində olmaqla, ümumilikdə 45 pilotsuz uçan aparatını məhv etdiyini bildirib. Moskva meri Sergey Sobyanin bildirib ki, pilotsuz təyyarələrin bəziləri Podolsk şəhəri üzərində vurulub. Moskva vilayətindəki şəhər Kremldən təxminən 38 km cənubda yerləşir. Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanları dörd saatlıq uçuşları məhdudlaşdırıb. Hücumlardan sonra xəsarət alan və dağıntının olmadığı bildirilib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
32
xural.com

10Mənbələr