AZ

Ukrayna PUA-larla Rusiyanın Kirov vilayətinə hücum etdi

Ukrayna Silahlı Qüvvələri ilk dəfə PUA-larla Rusiyanın Kirov vilayətinə hücum edib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hədəf Kotelniç şəhərindəki “Zenit” zavodu olub.

 

Ukraynanın ilk kamikadze dronu səhər saat 10 radələrində neft məhsulları olan boş çəni hədəf alıb. PUA partlayıb və alovlanıb.

 

40 dəqiqə sonra ikinci PUA başqa bir neft çəninə hücum edib və partlayıb.

 

Ölən və yaralananların olmadığı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
32
modern.az

10Mənbələr