AZ

Bütün iPhone 16-ların əsas texniki imkanları ortaya çıxıblar

     Heç kim üçün sirr deyil ki, Apple şirkəti iPhone 16 smartfonlarını gələn ay təqdim edəcək. Yeni seriyaya 4 model daxil olacaq. iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və iPhone 16 Pro Max. İndi isə bu iPhone 16 modellərinin texniki imkanları ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən iPhone 16 və iPhone 16 Plus modelləri 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranları və alüminium materialdan hazırlanmış gövdəni əldə edəcəklər. Adi iPhone 16 modeli 6.1 düym ölçülü ekrana, iPhone 16 Plus modeli isə 6.7 düym ölçülü ekrana sahib olacaq.     Hər iki smartfon A18 prosessoru vasitəsilə çalışacaq və Apple Intelligence ekosisteminin dəstəyinə sahib olacaq. Məlumatlarda qeyd edilib ki, adi iPhone 16 modeli özündə 3561 mAh enerji tutumlu batareyanı, iPhone 16 Plus modeli isə özündə 4006 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Hər iki smartfon 12 MP-lik ultra geniş bucaqlı kameranı və 2 qat optik zoom imkanını əldə edəcək. iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinə gəldikdə isə məlumata əsasən birinci model 6.3 düym ölçülü ekranla, ikinci model 6.9 düym ölçülü ekranla təchiz olunacaq.     iPhone 16 Pro modellərində ekranın təsvir yenilənməsi 120 Hz təşkil edəcək. Hər iki smartfon A18 Pro prosessoru vasitəsilə çalışacaq və özündə 48 MP-lik ultra geniş bucaqlı kamera ilə 5 qat optik zoom imkanını birləşdirəcək. Məlumata əsasən iPhone 16 Pro modeli 3355 mAh enerji tutumlu batareyaya, iPhone 16 Pro Max isə 4676 mAh enerji tutumlu batareyaya sahib olacaq. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyasının təqdimatı hələ rəsmi şəkildə anons edilməsə də bəzi insayderlərin fikirlərinə əsasən bu, 10 sentyabr tarixində baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
44
technote.az

10Mənbələr