AZ

ÇI: “Araz-Naxçıvan” İrlandiya çempionuna 7 qolla qalib gəldi

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün ilkin mərhələsinə start verib.

Arena.az xəbər verir ki, seçmə mərhələnin H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”la üz-üzə gəlib.

İsveçin Uddevalla şəhərində gerçəkləşən qarşılaşma Azərbaycan çempionu üçün uğurlu alınıb. Matçda hesabı Covanni açıb. Braziliyalı fasilə ərəfəsində növbəti dəfə rəqib torunu silmələməklə komandasının üstünlüyünü 2 topa çatdırıb. İkinci hissəyə də Valerionun qolu ilə başlayan “qırmızı-ağlar” 29 saniyə sonra Manafovla hesabdakı fərqi 4 top çatdırıb. Yeni transferlərdən Yaniç də adını tabloya yazdırıb. 6-cı qolun müəllifi Amadeu olub. Oyunda son nöqtəni Emil Həsənzadə qoyub. Beləliklə ilk oyunda böyükhesablı qələbə qazanan təmsilçimiz mübarizəyə uğurla start verib.

Naxçıvan klubu sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” komandası ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaqlar.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, H qrupu
21 avqust

Araz-Naxçıvan – Sparta Belfast 7:1
Qollar: Covanni Valerio, 2:06; 19:33; 20:32. Kənan Manafov, 21:01. Aleksandar Yaniç, 26:54. Amadeu, 32:18. Emil Həsənzadə, 39:16 – Best, 34:49.
Hakimlər: Trayan Ençev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya).
Timekeeper: Kastriot Gerxhaliu (İsveç).
Hakim-inspektor: Timo Onatsu (Finlandiya).
UEFA nümayəndəsi: Andris Utinans (Latviya).
İsveç. Uddevalla. “Aqneberqşallen Arena”.

Araz-Naxçıvan: 1. Emin Kürdov (q), 6. Kayke, 8. Covanni Valerio, 17. Kadinyo, 20. Amadeu, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 7. Aleksandar Yaniç, 9. Emil Həsənzadə, 10. Kənan Manafov, 11. Yaqo Henrike, 14. Xəzər Ağalızadə, 18. Ülvi Əliyev.
Baş məşqçi: Vitali Borisov.
Sparta Belfast: 1. Makerleyn (q), 2. Gibson, 5. Ruhi (k), 7. Best, 10. Pedro Qomes, 22. Puica (q), 3. Leyşon, 4. Dias, 6. Tavares, 8. Louri, 11. Verenka, 20. Rayçel, 23. Tavares.
Baş məşqçi: Mettyu Kross.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
arena.az

2Mənbələr