AZ

“Araz-Naxçıvan” darmadağınla başladı

UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə “Araz-Naxçıvan” H qrupunda mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, təmsilçimiz ilk görüşündə Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gəlib. “Araz-Naxçıvan” oyuna itki ilə çıxıb. Belə ki, Lazar Milosavljeviç qırmızı vərəqə cəzalısı olduğuna görə, bu oyunu buraxmalı olub. Qarşılaşmada hesabı Giovanni açıb. Braziliyalı fasilə ərəfəsində növbəti dəfə rəqib torunu silkələməklə komandasının üstünlüyünü 2 topa çatdırıb. İkinci hissəyə də Valrionun qolu ilə başlayan “qırmızı-ağlar” 29 saniyə sonra Manafovla hesabdakı fərqi 4 top çatdırıb. Yeni transferlərdən Yaniç də adını tabloya yazdırıb. 6-cı qolun müəllifi Amadeu olub. Oyunda son nöqtəni Emil Həsənzadə qoyub. Beləliklə, ilk oyunda böyükhesablı qələbə qazanan təmsilçimiz mübarizəyə uğurla start verib. Komandamız sabah Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. UEFA Çempionlar Liqası H qrupu, I oyun 21 avqust 18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast” - 7:1 Qollar: Giovanni Valerio, 2:06, 19:33, 20:32, K. Manafov, 21:01, Yaniç Aleksandar, 26:54, Amadeu, 32:18, E. Həsənzadə, 39:16 // Best, 34:49 Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya) Timekeeper: Kastriot Gerxhaliu (İsveç) Hakim-inspektor: Timo Onatsu (Finlandiya) UEFA nümayəndəsi: Andris Utinans (Latviya)  “Araz-Naxçıvan”: 1. Emin Kürdov (q, k), 6. Caique, 8. Giovanni Valerio, 17. Kadinho, 20. Amadeu, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 7. Yaniç Aleksandar, 9. Emil Həsənzadə, 10. Kənan Manafov, 11. İaqo Henrique, 14. Xəzər Ağalızadə, 18. Ülvi Əliyev. Baş məşqçi: Vitali Borisov “Sparta Belfast”: 1. MkErlain (q), 2. Gibson, 5. Ruhi (k), 7. Best, 10. Pedro Qomes, 22. Puica (q), 3. Leyşon, 4. Dias, 6. Tavares, 8. Loury, 11. Verenka, 20. Ryçel, 23. Tavares Baş məşqçi: Mattheu Kross.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
matc.az

2Mənbələr