3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib.

Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərini təqdim edirik:

San-Fransiskoda Panama qəhvəsinin bir fincanı 75 dollara satılıb. Dünyada bu qəhvədən cəmi 45 kiloqram olduğu təxmin edilir və poladdan hazırlanmış bir seyfdə saxlanılır. Sivet cinsindən olan pişiyin nəcisindən alınan həzm olunmayan qəhvə toxumlarının xüsusi aroması olduğu bildirilir.

İçində kilosu 20 min dollar olan ağa göbələkdən hazırlanan bu simit isə 1000 dollara satılır. İlk dəfə 2007-ci ildə bir otel aşbazı tərəfindən hazırlanıb. Üzəri qızıldan hazırlanan yarpaqlarla bəzədilib.

Las-Vegasdakı restoranlardan birində xüsusi şərabla servis olunan burgerin qiyməti 5000 dollardır.

Nyu-York şəhərində restoranlardan birinin menyusunda yer alan "qızıl souslu toyuq qanadları" da bahalı yeməklər arasındadır. 10 qanadın qiyməti 45 dollardır.

Hazırda qiyməti 50 dollar olan bu desert bir neçə il əvvəl brilyant boyunbağı və xüsusi etiketli şampan ilə birlikdə 26 min dollara satılıb.

Filippinli aşpaz tərəfindən hazırlanan, üzəri inci və 0,2 əyyarlıq almazla bəzədilən suşinin qiyməti 1980 dollardır.

Mənbə:
0
106
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar