AZ

Təyyar Eyvazov: Qızılca virusu normal otaq temperaturunda iki saat qala bilir

Təyyar

Bakı, 6 dekabr, AZƏRTAC

Qızılca yalnız insanlarda xəstəlik törədən kəskin infeksion xəstəlikdir. Hava-damcı yolu ilə yaxın təmaslar zamanı yoluxma qeydə alınır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində “Qızılca” mövzusunda yayımlanan canlı yayımda deyib.

“Qızılca virusu normal otaq temperaturunda iki saat qala bilir. Bu da əhalinin çox olduğu yerlərdə təmas olmasa belə yoluxma ehtimalı yüksəkdir”, - deyə T.Eyvazov bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
azertag.az

2Mənbələr