AZ

Qızılca virusu normal otaq temperaturunda iki saat qala bilir - Təyyar Eyvazov

Qızılca yalnız insanlarda xəstəlik törədən kəskin infeksion xəstəlikdir. Hava-damcı yolu ilə yaxın təmaslar zamanı yoluxma qeydə alınır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində “Qızılca” mövzusunda yayımlanan canlı yayımda deyib.

“Qızılca virusu normal otaq temperaturunda iki saat qala bilir. Bu da əhalinin çox olduğu yerlərdə təmas olmasa belə yoluxma ehtimalı yüksəkdir”, – deyə T.Eyvazov bildirib.

 

Seçilən
115
1
azpost.info

2Mənbələr