AZ

Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Milli.Az-ın quruma istinadən xəbərinə görə, azad olunan ərazilərdə 12 - 18 avqust tarixlərində 31 tank əleyhinə mina, 121 piyada əleyhinə mina, 6954 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1048.7 hektar ərazi minalardan təmizlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
4
milli.az

10Mənbələr