AZ

Ançelotti Arda Gülərdən üzr istədi

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti türkiyəli futbolçu Arda Gülərdən üzr istəyib.

Ölkə.Az bu barədə Türkiyə mətbuatı İspaniyanın “Defensa Central” nəşrinə istinadla yazıb.
Belə ki, İspaniya La Liqasının ilk həftəsində “Real Madrid” səfərdə “Malyorka” ilə 1:1 hesablı heç-heçə edib.

Matçın son hissəsində əvəzlədiyi Arda Gülər ilə görüşən Karlo Ançelotti peşman olduğunu bildirib və üzr istəyib.

“Səhv etdim, dəyişiklikləri daha əvvəl etməliydim”, - deyə baş məşqçi söyləyib.

Billurə
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
olke.az

10Mənbələr