AZ

Gəncəyə helikopterlə gedən Hüseyni polislər qorudu

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Gəncə şəhərinə yollanıb.

Publika.az xəbər verir ki, o, Gəncəyə helikopterlə gedib.

Həsənov bildirib ki, səfərin məqsədi Göygölə baş çəkməkdir. Göl ətrafını bloger polislərin müşayiəti ilə gəzib. O bildirib ki, burada turistlərin sayı çoxluq təşkil edir.

O, buranın təbiətinə aşiq olduğunu qeyd edib. Daha sonra Həsənov Gəncədə gənclər üçün tikilən böyük idman kompleksinə də baş çəkib. Bloger bildirib ki, sözügedən arenaya şəhərin başçısı ilə birgə yollanıb.

Seçilən
21
10
publika.az

10Mənbələr