AZ

Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi başlayıb

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da Bakıda rəsmi qarşılanma mərasimi başlayıb.

Ucnoqta.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Rusiya Prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.

Rusiya və Azərbaycanın dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rusiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Putinə, Rusiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Sonra prezidentlər rəsmi foto çəkdiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
2
ucnoqta.az

10Mənbələr