AZ

Super Ay hadisəsinin bürclərə təsiri: Pulu maqnit kimi özünüzə çəkəcəksiniz!

Ayın bədrlənməsi (dolu ay) bürclərdən və yerindən asılı olaraq fərqli təsirlər göstərə bilər.

Ölkə.Az xəbər verir ki, bu səbəbdən bu gün baş verəcək dolu ay hadisəsi çoxlarını maraqlandıra bilər. 
Dolu ay hadisəsi ən çox Əqrəb, Buğa, Şir və Dolça bürcünə təsir edəcək. Xüsusilə ani çıxışlar və əsəb gərginliyi gündəmə gələ bilər. Bürcünüz bu 4 bürc arasındadırsa və ya xəritənizdə əsasən bu bürclərin enerjisini daşıyırsınızsa, bu ayın 23-nə, hətta avqustun sonuna qədər yeni başlanğıclardan uzaq durmalısınız.

Odur ki, Dolça bürcündə baş verəcək Super ay hadisəsinin bürclərə təsirini təqdim edirik.

Qoç
Qoç üçün Dolça dolu ayı sosial dairələrə və dostluqlara diqqəti təşviq edir. Bu dövrdə sosial həyatınızda gözlənilməz inkişaflar ola bilər. Köhnə dostluqları canlandıra və ya yeni qruplara qoşula bilərsiniz. Sosial layihələrdə iştirak etmək istəyə bilərsiniz. Bəzi dostluqlar qəflətən bitə bilər və ya dostluğunuzu qəfil bitirdiyiniz biri sizinlə yenidən əlaqə saxlaya bilər.

Buğa
Buğalar karyeraları və peşəkar həyatları ilə bağlı bəzi mühüm şeylərin fərqinə vara bilər. Dolça bürcünün tam ayı iş həyatınızda mühüm dönüş nöqtəsi ola bilər. Yeni imkanlar yarana bilər və ya mövcud vəziyyətinizi yenidən qiymətləndirmək ehtiyacı hiss edə bilərsiniz. Bu dövrdə iş və şəxsi həyatın tarazlığına xüsusi diqqət yetirməlisiniz. İş yerindəki stressi rahatlıq zonanıza gətirmək sizi psixoloji cəhətdən yora bilər. Ani qəzəb partlayışlarına qarşı diqqətli olmalısınız. Unutma ki, qəzəblənsəniz, zərərli çıxan siz olacaqsınız.

Əkizlər
Əkizlər üçün bu tam ay təhsil, səyahət və genişlənmə sahələrində təsirli olacaq. Yeni məlumatlar öyrənmək, fərqli mədəniyyətlərlı maraqlanmaq istəyiniz ola bilər. Akademik məqsədlərinizi nəzərdən keçirə və ya uzun müddətdir planlaşdırdığınız səyahətə çıxa bilərsiniz. Daha sakit enerji ilə irəli gedə bilərsiniz.

Xərçəng
Xərçənglər üçün Dolça Super ayı maliyyə məsələlərinə və ümumi resurslara diqqət çəkir. Borclar, investisiyalar və ya miras kimi maliyyə mövzularında mühüm yeniliklər ola bilər. Bu dövrdə resurslarınızı daha diqqətli idarə etmək və maliyyə gələcəyinizi təmin etmək istəyi arta bilər. Anidən əlinizə düşən pul vəziyyətinizi xeyli yüngülləşdirə bilər. Borcunuz varsa, onları ödəyə bilərsiniz. Pulları maqnit kimi çəkəcəyiniz bir dövrdəsiniz, bunu düzgün qiymətləndirin və qənaət etməyə diqqət edin.

Şir
Bu Super ay əlaqələr və ortaqlıqlar haqqında əhəmiyyətli şeylərin fərqinə vara bilərsiniz. Partnerinizlə aranızdakı dinamikanı nəzərdən keçirmək və əlaqələri irəli aparmaq istəyi hiss edə, ortaqlıqlarla bağlı mühüm qərarlar qəbul edə bilərsiniz. Ani qərarlar verməməyə diqqət etməli və qərar verərkən götür-qoy etməlisiniz. 

Qız
Qız bürcləri sağlamlıqları, gündəlik işləri və iş mühitləri ilə bağlı təsirlər hiss edə bilərlər. Bu tam ay sağlamlığınıza daha çox diqqət yetirmək və həyat tərzinizi yaxşılaşdırmaq ehtiyacı yarana bilər. Eyni zamanda iş yerinizdə nizam və səmərəliliyə doğru yeni addımlar ata bilərsiniz.

Tərəzi
Tərəzilər üçün Super ay yaradıcılıq, romantika və uşaqlarla bağlı məsələləri ön plana çıxarır. Bədii layihələrə maraq, hobbilərə daha çox maraq və ya romantik münasibətlərdə əhəmiyyətli irəliləyişlər ola bilər. Eyni zamanda övladlarınızla bağlı məsuliyyətləriniz də arta bilər.

Əqrəb
Əqrəblər diqqətini ev və ailə həyatına yönəldəcəklər. Ailə məsuliyyətləri, evdə ediləcək dəyişikliklər və ya köç kimi məsələləri gündəmə gələ bilər. Bu dövrdə ailə ünsiyyətini gücləndirmək və evdə tarazlığı qorumaq ehtiyacını hiss edə bilərsiniz. Ağrılı və ya xaotik bir əlaqəniz varsa, aydın bir sonluqla qarşılaşa bilərsiniz. Dolu ay qəzəb problemlərinizi alovlandıra bilər. Qəfil qərarlar verməməyə açlışın və keçmişlə vidalaşarkən diqqətli olun.

Oxatan
Oxatanlar üçün bu tam ay ünsiyyət, qardaşlar və yaxın ətraf mühitlə bağlı məsələləri vurğulayır. Qısa səfərlər, təlimlər və ya yaxınlarınızla münasibətlərinizdə mühüm inkişaflar ola bilər. Siz həmçinin özünüzü ifadə etməkdə və yeni fikirlərinizi bölüşməkdə daha cəsarətli ola bilərsiniz.

Oğlaq
Oğlaqlar maliyyə təhlükəsizliyinə və maddi dəyərlərə təsir hiss edəcəklər. Tam ay gəlirinizi artırmaq, büdcə planlaması və ya maliyyə resurslarınızı qiymətləndirmək haqqında mühüm fərqindəlik yarada bilər. Bu dövrdə xərclərinizə diqqət etməli, maliyyə hədəflərinizi yenidən nəzərdən keçirməlisiniz.

Dolça
Tam ay şəxsi məqsədlərə və özünüdərkə təsir edəcək. Bu dövrdə həyatınızdakı prioritetlərinizi yenidən qiymətləndirmək, şəxsi layihələrinizi tamamlamaq və özünüzü daha aydın ifadə etmək istəyi yarana bilər. Fiziki görünüşünüzdə və ya həyat tərzinizdə dəyişiklik etmək istəyə bilərsiniz. Dost dairənizdə kiminsə yalan danışdığını və ya səhv etdiyini görə bilərsiniz. Sakit qalmaq üçün diqqətli olun və qarşı tərəfi diqqətlə dinləyin. Olduğunuz şəhəri dəyişə, uzaqlaşmaq istəyə bilərsiniz.

Balıqlar
Balıqlar üçün tam ay onların daxili dünyası və mənəvi inkişafı ilə bağlı məsələləri ön plana çıxarır. Bu dövrdə keçmişlə üz-üzə gəlmək, meditasiya etmək istəyi arta bilər. Şüuraltınızın dərinliklərində yatan qorxu və ya narahatlıqların fərqinə varmaq, və onlarla məşğul olmaq fürsəti tapa bilərsiniz.

Ölkə.Az
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
14
olke.az

7Mənbələr