AZ

Sudanda vəba epidemiyasında 22 nəfər ölüb » Medical Media



Sudanın Səhiyyə naziri Haysham Muhammed İbrahim yağışlı mövsümün başlaması ilə yayılan vəba epidemiyası səbəbindən 22 nəfərin öldüyünü açıqlayıb.


Medicalmedia.az xəbər verir ki, 22 nəfərin həyatını itirdiyi barədə məlumatı paylaşan İbrahim vəba sayının 354-ə çatdığını bildirib.

İbrahim xəstəliklə mübarizə aparmaqla yanaşı, sağlam içməli su ilə təmin etmək üçün müvafiq orqanlarla əlaqə saxladıqlarını və vəba peyvəndi ilə bağlı beynəlxalq ictimaiyyətlə əlaqə yaratdıqlarını bildirib.

Nazir İbrahim dövlət orqanlarını epidemiyalarla mübarizə üçün müdaxilələri artırmağa və ətraf mühitin sağlamlığına diqqət yetirməyə çağırıb.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını çətinləşdirir.

Seçilən
13
medicalmedia.az

1Mənbələr