AZ

"MET-AK"a yazılan protokola bu tarixdə baxılacaq

"MET-AK" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə avqustun 30-da baxılacaq.

 

Qeyd: MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 19 Avqust 2024, 08:25   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
20
pravda.az

10Mənbələr