AZ

"Baldır" deyib yeməyin: Görün hansı fəsadları olur

Bal istehlakı bəzi insanlar üçün təhlükəli ola bilər. Bu barədə mütəxəssislər xəbərdarlıq ediblər.

Milli.Az xəbər verir ki, onların fikrincə, bu, hipotenziv insanlara aiddir. Çünki bu faydalı məhsul qan təzyiqi səviyyəsini azaldır. Bal həddindən artıq istehlak edilərsə, şiddətli qarın ağrısına və piylənməyə səbəb ola bilər. Şirinlik polen allergiyası olan insanların səhhətinə mənfi təsir göstərir. Mütəxəssislər onu da xatırladıblar ki, bal bir yaşa qədər uşaqlara verilməməlidir.

Mütəxəssislər balın faydalı xüsusiyyətlərini də açıqlayıblar. Belə ki, xolesterinin səviyyəsinə müsbət təsir edir, antibakterial və göbələk əleyhinə təsir göstərir, öskürək zamanı boğazın qıcıqlanmasını azaldır və immun sistemini gücləndirir. (publika.az)

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
35
milli.az

10Mənbələr