AZ

Təbiətimizi qoruyaq və ekoloji terrora son qoyaq !

Bildiyimiz kimi 30 il idi ki, Qarabağa getmək, hətta onu uzaqdan seyr etmək belə mümkün deyildir. Şükürlər olsun ki,artıq torpaqlarımız işğaldan azad oldu. Nə qədər insanların qanları axdı, nə qədər şəhidlər verdik, nə qədər insanlarımız şikəst oldu.
Bizlər vətəndaş cəmiyyəti olaraq işğaldan sonra gecə-gündüz demədən Şuşa-Xankəndi yolunda ekoaksiya keçirdik.Aksiya aylarla davam etdi. Məqsədimiz Ermənilərin Azərbaycanın faydalı qazıntı yatağını qanunusuz istismar etməsinə, Qarabağın ekologiyasına zərbə vurmasına etiraz etmək, ekoloji terrora son qoymaq idi.
Ermənilər Qarabağı tərk edən zaman meşələrimizin yandırılması və Ermənistandakı metallurgiya zavodlarından ağır metalların çaylarımızı çirkləndirilməsi ilə bağlı biz ekoloji təşkilar mabarizə apardıq ,beynəlxalq təşkilatlara bəyənnamələr göndərdik.
Bu gün isə  sıravi insanlar şəhid qanlarının axdığı bu torpaqlara, onların qəhrəmanlığı sayəsindən yenidən sahibləndiyimiz təbiətə qarşı belə biganədirlər?
Biz vətəndaş cəmiyyətləri Ermənistanın Azərbaycana qarşı törətdikləri ekoloji terrora qarşı mübarizə apardığımız bir dövürdə sıravi insanlar azad olmuş torpaqlara gəzməyə gedərək təbiətimizi çirkləndirirlər. Bu nə qədər ədalətlidir.
Düşünürəm ki, bunara qarşı cərimələri artırmaq və çox ciddi şəkildə nəzarət etmək lazımdır.Hər il bizim təşkilatımız layihə çərçivəsində təmizlik aksiyası keçirir. Hesab edirəm ki, Qarabağda da belə aksiyaların keçirilməsi vacibdir.
Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri
İradə Həsənova
“Saglam həyata dogru” Ekoloji İctimai Birliyinin sədri
kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
turk.az

1Mənbələr