AZ

Kamçatkada vulkan bir gündə iki dəfə püskürüb

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kamçatka bölgəsində yerləşən Şiveluç vulkanı 4,5 kilometr hündürlüyə kül püskürüb.

Hafta.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə reaksiya qrupu məlumat yayıb.

Bildirilib ki, partlayışlar nəticəsində Şiveluç vulkanının külü dəniz səviyyəsindən 4,5 kilometr yüksəkliyə qalxıb.

Qeyd edək ki, bu, gün ərzində artıq ikinci kül püskürməsidir. Bir neçə saat əvvəl Şiveluç 5 kilometr hündürlüyə kül püskürmüşdü.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
7
hafta.az

8Mənbələr