AZ

“Bayer” tarixində ilk dəfə Almaniya Superkubokuna sahib oldu

Almaniya Superkubokunun “Bayer” – “Ştutqart” oyunu başa çatıb. Matc.az xəbər verir ki, görüş Leverkuzendəki “BayArena”da baş tutub. Qarşılaşmanın baş hakimi qismində hamburqlu Tobias Stieler çıxış edib. Oyunun əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən penaltilər seriyası yerinə yetirilib. Penaltilərdə daha dəqiq olan (4:3) Leverkuzen təmsilçisi, tarixində ilk dəfə Almaniya Superkubokuna sahib olub. Almaniya Superkuboku 17 avqust “Bayer” – “Ştutqart” - 2:3 (Pen - 4:3) Qollar: Bnifas, 11, Şik, 88 // Miyo, 15, Undav, 63 Qırmızı vərəqə: Terye, 37 (“Bayer”)  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
10
matc.az

7Mənbələr