AZ

Orbitə yeni kəşfiyyat və müşahidə peyki çıxarıldı

Böyük Britaniya Yer səthinin gündüz foto və video çəkilişi üçün nəzərdə tutulmuş ilk hərbi peykini orbitə çıxarıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Kosmik Komandanlığının məlumatında deyilir.

Qeyd edilir ki, Amerikanın “Falcon 9” daşıyıcı aparatı ilə orbitə çıxarılan “Tyche” peyki Böyük Britaniyada yaradılıb. Onun hazırlanması və yığılması 22 milyon funt-sterlinqə (25 milyon dollar) başa gəlib. 160 kq çəkisi olan peyk 5 km enində, 90 sm-ə qədər aydınlıqda yer cisimlərinin təsvirlərini təqdim etmək üçün nəzərdə tutulub.

Bundan əvvəl London artıq özünün “Skynet” peyk sistemindən istifadə edirdi, lakin kəşfiyyat məqsədləri üçün şəkillərə giriş hələ də müttəfiqlərə, ilk növbədə ABŞ-a göndərilməsi tələb olunurdu.

“Ukraynadakı münaqişənin göstərdiyi kimi, kosmosdan istifadə hərbi əməliyyatlar üçün vacibdir”, - deyə Britaniya Kosmik Komandanlığının bəyanatında bildirilir.(Publika.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
10
olke.az

10Mənbələr