AZ

Bakıda 54 yaşlı qadın öldürülüb

Avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Senzor.az-a  Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

 

"Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub", - deyə məlumatda bildirilib.

 

İbtidai istintaq davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
49
senzor.az

10Mənbələr