AZ

Tramp yüz minlərlə dollar qazandı

ABŞ-nin keçmiş prezidenti və qarşıdan gələn seçkidə Respublikaçılar Partiyasının namizədi Donald Tramp brend İncillərin satışından 300 min dollar (510 min manat) qazanıb.

Olaylar bildirir ki, bu barədə "The New York Times" (NYT) tərəfindən dərc olunan son maliyyə hesabatında məlum olub.

Onun firma loqosu olan İncil 60 dollara (102 manat) satılır, Trampın avtoqrafı olan eksklüziv nüsxəni isə 1000 dollara (1,7 min manat) almaq olar. Məhsulun təsvirində qeyd olunur ki, bu, eks-prezidentin təsdiqini almış yeganə İncildir.

Bundan əlavə, o, "Trampa məktublar" adlı şəxsi qeydlərinin satışından təxminən 4,5 milyon dollar (7,65 milyon manat) əldə edib. Tramp həmçinin 1 milyon dollardan çox kriptovalyuta sahibi olduğunu bildirib. Hesabatda qeyd olunur ki, o, "Truth Social" platformasının ana şirkəti olan "Trump Media and Technology Group"un demək olar ki, 65%-nə nəzarət edir.

Sənədlərdə, həmçinin Trampın 50 milyon dolları (85 milyon manat) keçən maliyyə öhdəlikləri də göstərilir. Bunlara Nyu-Yorkun baş prokurorunun qaldırdığı fırıldaqçılıq haqqında mülki iddiasında girov üçün ayrılmış vəsait daxildir. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
13
olaylar.az

10Mənbələr