AZ

Sumqayıtda partlayış: 66 yaşlı kişi öldü

Sumqayıtda partlayış olub.

Bu barədə Gundem.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 16-da saat 11 radələrində qeydə alınıb.

“1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır”, - qurum əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
17
gundem.az

10Mənbələr