AZ

İzmirdə meşə yanğını yaşayış yerlərinə çatdı - Video

Türkiyənin İzmir vilayətində baş verən meşə yanğınları bölgədə əsən güclü küləyin təsiri ilə genişlənərək yaşayış yerlərinə çatıb. Bölgədə bir bina yanıb, çox sayda ev boşaldılıb.

Axar.az xəbər verir ki, vilayətin Karşıyaka rayonunda dünən axşam saatlarından başlayan yanğın ətrafa yayılıb. Bölgəyə 5 təyyarə, 15 helikopter və çox sayda texnika cəlb edilib.

Qurudan müdaxilələrə baxmayaraq, alovun böyük hissəsi iş yerlərinə yayılıb. Əhali təxliyə edilib. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
9
axar.az

3Mənbələr