AZ

Deputatlığa namizədlərin siyahısı açıqlandı: Talıbovların adları YOXDUR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinə deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.

Siyahıda Naxçıvan Ali Məclisinin sabiq sədri, məclisin üzvü Vasif Talıbov və oğlu Seymur Talıbovun adları yoxdur.

Qeyd edək ki, Oxu.az bundan əvvəl hər iki şəxsin deputatlığa namizəd olmayacağı barədə xəbər yaymışdı.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
5
yenisabah.az

10Mənbələr