AZ

Türkiyədə 47 meşə yanğını: 30-u nəzarətə alındı...

Son 24 saat ərzində Türkiyədə 47 meşə yanğını qeydə alınıb, onlardan 30-u artıq nəzarətə götürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib. Onun sözlərinə görə, hazırda 17 yanğın söndürülür. “Mən indi yalnız böyük yanğınlardan danışıram. Bir sıra rayonlarda yanğınla mübarizə relyefə görə çətinləşir. Yanğının söndürülməsinə təyyarələr və helikopterlər, eləcə də yüzlərlə digər texnika cəlb olunub”, - deyə Yumaklı bildirib.

Nazir qeyd edib ki, ölkənin ayrı-ayrı vilayətlərində yanğınsöndürmə prosesi gecə-gündüz davam edir. Eyni zamanda bəzi yaşayış məntəqələrinin əhalisi təxliyə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
38
buta.tv

10Mənbələr