AZ

Türkiyə parlamentində dava düşdü – Video


Türkiyə Böyük Millət Məclisində (TBMM) Can Atalayla bağlı keçirilən növbədənkənar iclasda deputatlar arasında dava düşüb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, deputatlığı ləğv edilən Can Atalay üçün yerli vaxtla saat 14.00-da xüsusi iclas toplanıb. Gərgin başlayan iclas yumruq davası ilə davam edib.
Belə ki, Türkiyə İşçi Partiyasından olan deputat Ahmet Şık prosedur məsələsi haqqında danışmaq üçün TBMM kürsüsünə çıxıb.
Şıkın “Sizdə heç utanmaq yoxdur. Həqiqət həmişə acıdır” sözlərinə qarşı AK Partiyalı deputatlar sərt reaksiya verib. Nəticədə, iclasa sədrlik edən Bəkir Bozdağ iclasa 15 dəqiqə fasilə verib.
Fasilədən sonra yenidən başlayan iclasda gərginlik pik həddə çatıb. Tribunanın qarşısına toplaşan deputatlar bir-biri ilə yumruq davasına çıxıb.
İclasa 45 dəqiqə fasilə verilib.
Qeyd edək ki, Türkiyə İşçi Partiyasının sabiq Hatay millət vəkili Can Atalayın deputat mandatı bu ilin iyun ayında ləğv edilib.
Xatırladaq ki, Can Atalaya Gezi parkı hadisələri ilə bağlı ittiham irəli sürülüb və o, hazırda həbsdədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
18
yeniavaz.com

10Mənbələr