AZ

Tehran və Təl-Əviv arasında gərginlik artır

Tehran

Tehran və Təl-Əviv arasında gərginlik artır: İsrail SEPAH-a məxsus 20-yə yaxın neft tankerinə sanksiya tətbiq etdi “Euronews” xəbər verir ki, dünən İsrailin müdafiə naziri Yoav Qallant SEPAH-ın Qüds qanadına məxsus 18 neft tankerinə sanksiya tətbiq edib.Məlumata görə, İsrailin Terrorun Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Milli İdarəsi neft tankerlərinin satışından əldə olunan gəlirin Hizbullah və HƏMAS da daxil olmaqla bir çox terror təşkilatlarının maliyyələşdirilməsində mühüm rol oynadığını açıqlayıb. Milli İdarə bununla bağlı bəyanat yayaraq yazıb: “Bu tankerlərin nefti İran hökumətinin SEPAH-ın Qüds qanadı üçün müəyyən etdiyi kvota əsasında və terrorizmin maliyyələşdirilməsinə qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmaq üçün mexanizimlərdən istifadə etməklə və dəniz təhlükəsizliyi qanunlarını pozmaq üçün bir qrup ölkəyə göndərilir”.Eltun Məmmədov

Diqqət Çəkənlər

Qarşınızda gördüyünüz Aytəni son dəfə görürsüz

Suriyada hava hücumunda yaralanan SEPAH zabiti İranda öldü

Google: “İran hələ də Bayden, Harris və Trampa yaxın insanlara kiberhücumlar edir”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
ulusum.az

10Mənbələr