AZ

Rayonlara leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz havanın qısamüddətli tutulacağı gözlənilir.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
49
demokrat.az

10Mənbələr