AZ

Sabah rayonlara yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keşəcəyi, lakin gündüz havanın qısamüddətli tutulacağı gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
391
49
axar.az

10Mənbələr