AZ

Köməksiz qalan 2 nəfər xilas edildi, 1-nin meyiti tapıldı - Video

Bakı şəhərinin Nizami və Binəqədi rayonları, həmçinin Abşeron rayonu ərazisində ümumilikdə üç ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər xilas edilib, bir nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
32
qafqazinfo.az

10Mənbələr