AZ

Keçmiş erməni nazir girov müqabilində azadlığa buraxılacaq

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 15 milyon dram (37,5 min ABŞ dolları) girov müqabilində azadlığa buraxılacaq.“Sputnik-Ermənistan”ın məlumatında deyilir ki, bu barədə təqsirləndirilən şəxsin vəkili Albert Benqlyan bildirib. Qeyd olunur ki, Tonoyan yararsız sursatların tədarükü zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsində saxlanılır.

xatırladaq ki, O, 2021-ci ilin sentyabrından həbsdədir. Bu iş üzrə həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin keçmiş rəisi Avetik Muradyan və digər vəzifəli şəxslər də ittiham olunurlar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında və 4,6 milyon ABŞ dolları həcmində vəsaitin mənimsənilməsində iştirakda ittiham edir.

Mətləb Salahov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
7
sia.az

10Mənbələr