AZ

Monqolustanda Selenqa çayının səviyyəsinin kəskin qalxacağı proqnozlaşdırılır

Monqolustanda Selenqa çayının səviyyəsinin kəskin qalxacağı proqnozlaşdırılır




Monqolustanda yağan güclü yağışlar Rusiya ilə sərhədi keçən Selenqa çayının səviyyəsinin kəskin qalxmasına səbəb ola bilər. Bu barədə TASS-ın müxbirinə Rusiya Federasiyası ilə həmsərhəd Bulqan vilayətinin (vilayət) administrasiyasından məlumat verilib.“Bizim rayon ərazisində Rusiya Federasiyası ilə sərhəddə yerləşən Selenqa çayının hündürlüyü müxtəlif yerlərdə 37 santimetrdən 89 santimetrə qədər qalxıb”, - deyə mətbuat xidmətindən bildirilib.Bulqan administrasiyasının nümayəndələrinin sözlərinə görə, çayın daşması bəzi yollara ziyan vurub. Üstəlik, güclü yağışlar Selenqanın səviyyəsinin kəskin yüksəlməsinə səbəb ola bilər ki, bu da daşqınlarla nəticələnə bilər.

Seçilən
62
patrul.az

1Mənbələr