AZ

“Sumqayıt”dan növbəti transfer

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. Matc.az xəbər verir ki, Sumqayıt klubu təmsilçisi braziliyalı müdafiəçi Alan Diasla 1+2 illik müqavilə imzalayıb. 25 yaşlı müdafiəçi komandada 5 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
20
matc.az

10Mənbələr