AZ

Qanunsuz silahlar GÖTÜRÜLDÜ

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində təyin olunmayan yerdə V.Qurbanov adlı şəxsin qanunsuz olaraq ov etdiyi müəyyən olunub.

"Unikal" xəbər verir ki, saxlanılan şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz ovladığı çöl quşları aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 12 ədəd tüfəng aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
unikal.az

10Mənbələr